MRP necə işləyir?
MRP üç girişi birləşdirir: nə qədər məhsul satılacaq və ya istehsal olunacaq, məhsul strukturu (məhsul üçün hansı materiallar lazımdır) və mövcud ilə yoldakı stok. Ümumi tələbatdan mövcud stok çıxılır, xalis tələbat tapılır. Xalis tələbat təchizat müddətinə görə geriyə doğru tarixləndirilir və satınalma sorğusuna ya da istehsal iş əmri təklifinə çevrilir. Sistem bu hesablamanı hər sifarişdə yenidən apara bilər; əllə hesablanan Excel cədvəlində sifariş dəyişəndə yeniləməni unutmaq asandır.