-
Elektron qaimə-faktura (e-qaimə)
Panda ERP-nin e-qaimə sistemi ilə hazır inteqrasiyası var: qaimə tələb olunan formatda yaradılır, göndərilir, seriya-nömrə və status satış qeydində saxlanılır.
-
Gələn qaimələrin tutuşdurulması
Təchizatçıdan gələn e-qaimə sifariş və mal qəbulu qeydi ilə müqayisə olunur; miqdar və ya qiymət fərqi olan sənəd beş günlük təsdiq müddəti bitmədən siyahıda görünür.
-
Elektron vergi bəyannaməsi üçün hazırlıq
ƏDV, sadələşdirilmiş vergi və ödəmə mənbəyində tutulan vergi üzrə rəqəmlər uçot qeydindən toplanır, yoxlama cədvəli və Excel faylı kimi verilir.