-
E-qaimə sistemi ilə hazır inteqrasiya
Qaimə satış, qaytarma və ya avans qeydindən tələb olunan XML formatında yaradılır, göndərilir; seriya-nömrə və status sənədin üzərində saxlanılır.
-
Qaimə növləri
Malların, işlərin və xidmətlərin təqdim edilməsi, malların qaytarılması, alınmış avans ödənişləri, emala və ya saxlamaya verilmə, komisyon əməliyyatları və ixrac qeydi ilə satış üzrə qaimələr dəstəklənir.
-
VÖEN və mal kodu yoxlaması
Alıcının VÖEN-i, malın kodu, ölçü vahidi və ƏDV sütunu göndərilmədən əvvəl yoxlanılır; boş və ya uyğun olmayan sətir qaimə getmədən siyahıda göstərilir.