Keyfiyyət nəzarəti planı necə hazırlanır?
Plan məhsul və proses üçün kritik xüsusiyyətlərin müəyyən edilməsi ilə başlayır: ölçü, çəki, görünüş, performans. Hər xüsusiyyət üçün yoxlama nöqtəsi (giriş, proses daxili, final), ölçmə metodu, qəbul həddi və nümunə tezliyi yazılır. Yoxlama nəticələrini qeyd edəcək forma və ya ERP ekranı müəyyən edilir. Uyğunsuz məhsul çıxdıqda ayırma, yenidən işləmə və ya hurda qərarı və məsul şəxs də planda göstərilir. Plan məhsul və proses dəyişdikdə yenilənir. Plan hansı yoxlamanın kim tərəfindən aparılacağını da müəyyən edir; beləliklə, məsuliyyət aydın olur və yoxlama buraxılmır.