Barkodlu izləmə necə işləyir?
Hər məhsul kartına barkod müəyyən edilir; rəf və lokasiyalar da kodlana bilər. Anbardar əl terminalı və ya telefonla mal qəbulu zamanı məhsulu oxudur, ERP miqdarı sifariş və ya qaimə ilə müqayisə edir. Rəfə yerləşdirmədə rəf barkodu oxudulur. Sifariş yığımında sistem hansı məhsulun hansı rafdan götürüləcəyini göstərir, oxudulan məhsul yanlışdırsa, xəbərdarlıq edir. Göndəriş və sayım da eyni qaydada aparılır. Mal qəbulunda oxudulan barkod sifariş və qaimə ilə müqayisə edildiyi üçün çatışmayan və ya artıq gələn məhsul hələ anbar girişində fərq edilir.